Aquabir T 300 GPD restoran və kafe üçün su filtri
Aquabir T 300 GPD su filtri restoran, kafe, çay evi, ofis və digər iaşə obyektlərində içməli suyun təmizlənməsi üçün nəzərdə tutulmuş yüksək məhsuldarlıqlı Reverse Osmosis sistemidir.
Sistem 300 GPD məhsuldarlığa malik membran və güclü 24 V pompa ilə təchiz olunub. Standart ev tipli su filtrləri ilə müqayisədə daha yüksək su tələbatı olan obyektlər üçün uyğun seçimdir.
Aquabir T 300 GPD filtrasiya sistemi
Su bir neçə filtrasiya mərhələsindən keçərək mexaniki çirklərdən, çöküntülərdən və suda arzuolunmaz dad və qoxuya səbəb olan maddələrdən təmizlənir. Reverse Osmosis membranı isə suyun daha dərindən təmizlənməsini təmin edir.
Texniki xüsusiyyətləri
- 10″ Spun 5 mikron mexaniki filtr
- 10″ GAG karbon filtr
- 10″ CTO karbon filtr
- 10″ Post Karbon filtr
- 300 GPD membran – 1 ədəd
- 300 GPD membran housingi – 1 ədəd
- 300 GPD, 24 V pompa
- 24 V, 4 Amper adapter
- 10 bar manometr
- Su kranı
Restoran və kafelər üçün uyğun seçim
Aquabir T 300 GPD gündəlik təmiz su tələbatı standart məişət sistemlərindən daha yüksək olan kiçik və orta ölçülü restoran, kafe və digər iaşə obyektləri üçün istifadə oluna bilər.
Sistemin düzgün seçilməsi zamanı obyektin gündəlik su sərfiyyatı, giriş suyunun təzyiqi və suyun ilkin keyfiyyəti nəzərə alınmalıdır.
Daha yüksək məhsuldarlığa ehtiyacınız varsa,
restoran və kafe üçün su filtrləri
kateqoriyasındakı digər modellərə də baxa bilərsiniz.





Reviews
There are no reviews yet.