Su filtri
Bildiyimiz kimi bizlər üçün ən vacib nemətlərdən biri və ən əsası da sudur. Təbii ki təmiz su daha sağlam həyat üçün vacibdir. Krandan axan sular tərkibində olan minlərlə bakteriya, virus və bir çox ağır metallar vardır. Bütün şəhərlərdə evimizə gələn suların təhlükəsizliyi üçün su stansiyaları və su anbarları vardır. Lakin təhsükəsiz su sağlam və ya faydalı su demək deyildir. Həmçinin evimizə gələn sular yolda gələrkən də çirklənməkdədir.
Bundan əlavə suyun mineral tərkibinə görə də dəyişilməkdədir. Yeraltı və yerüstü mənbələrdə olan suların mineral tərkibi fərqlidir. Yerüstü sularda daha az mineral olmaqdadır. Kiçik şəhərlərdə və kənd yerlərində başqa bir problem, suda dəmir səviyyəsinin tez-tez artmasıdır. Məhz bu kimi səbəblərdən su filtri istifadə etməliyik. Daim təmiz su ilə təmin olunmaq üçün ən sərfəli və güvənli olan su filtiri istifadə etməkdir. Su filtrlərindən əlavə olaraq marketlərdə və bidonlarda satılan sular da vardır ki, bunlara nisbətən daha sağlan su üçün su filteri daha məsləhətlidir. Bu haqda digər yazılarımızda sizləri az da olsa məlumatlandıracayıq.
Su filtrləri hər ev üçün vacib bir məişət texnikasıdır. Təbii olaraq bir məhsula təlabat artıqca bazarda çoxalmağa başlayır ki, buda sizi su filtri seçmək mövzusunda çətinə salmaqdadır. Su filtrlərinin keyfiyyət və brendlərinə görə qiymətləri dəyişilmədədir. Su filtrlərinin qiymətləri ilə bağlı ətraflı məlumat üçün Su filtr qiymətləri yazımıza baxa bilərsiniz…
Keçək əsas məsələ olan niye su filtri istifadə etməliyik mövzusuna.
Filter suyu necə dəyişir
- Zərərli kimyəvi maddələri təmizləyir. İstənilən filter suyu qurğuşun, civə və mis kimi ağır metal ionlarından təmizləyir. Aktiv xlor və bərk maddələri çıxarır. Düzdür, təmizlənmə dərəcəsi filterin növündən asılıdır.
- Bakteriyaları məhv edir. Suda yaşayan bəzi bakteriyalar xlor və digər kimyəvi maddələrə davamlıdır. Lakin insanlar üçün təhlükəlidir, çünki ağır mədə-bağırsaq xəstəliklərinə səbəb olurlar. Müasir filterlər bütün bakteriyaları aradan qaldırır.
- Dadı yaxşılaşdırır və pH səviyyəsini tənzimləyir. Təmizləmə sistemi suya xoşagəlməz bir dad verən dəmir və natrium kimi mineralların əhəmiyyətli bir hissəsini aradan qaldırır.
Su təmizləmə metodları fərqli fərqli ola bilər. Dediyimiz kimi təlabat çoxaldıqca məhsul növləri və çeşidləri də artmaqdadır. Suların təmizləmə sistemləri içərisində hal hazırda demək olar ki ən münasib və effektlisi əks osmos sistemi ilə işləyən su filtrləridir.
Su təmizləyiciləri
Bu filterlər moykanın altına quraşdırılır və yuxarıda təmiz su üçün ayrı bir kran yerləşdirilir. Filtr su təchizatı şəbəkəsinə qoşulmuşdur, su katriclər sistemi vasitəsilə təmizlənir, katriclər 2-4 ədəd ola bilər. Hər katricdə su bir neçə dərəcədə təmizlənir: əvvəlcə pas və ya qum kimi böyük “zibillər” çıxarılır. Sonra suyun codluğu tənzimlənir və sonda aktivləşdirilmiş karbon- xlor, metal və digər çirkləri neytrallaşdırır.
Müsbət cəhətləri
- Suyun dərin təmizlənməsi.
- Təmizləmə sürəti və məhsuldarlığı. Bu su təmizləyicilər suyu dəqiqədə 1-1.5 litr sürətlə süzür.
Mənfi cəhətləri
- Moykanın altında kifayət qədər yer tələb olunur, kiçik bir mətbəx üçün bu ən yaxşı seçim olmaya bilər.
- Cod suya uyğun deyil: suyu yumşaldan xüsusi kartriclər çox tez-tez dəyişdirilməlidir.
- Su təmizləyici, su təchizatı sisteminə qoşulur, buna görə quraşdırma və təmir yalnız mütəxəssislər tərəfindən həyata keçirilə bilər.
Mətbəx üçün su filtrlərinə ətraflı baxmaq üçün https://sufiltr.az/urun-kategori/su-filtrl%c9%99ri/en-yaxsi-su-filtreleri/
Suallarızla bağlı 0508656867 və ya 070 5060808 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.
Facebook səhifəmiz – Facebook
Whatsapp – 050 865 68 67 – click edin