su filtri servisi

Su filtri apartın problemləri və həll yolları…

Su filtri servisi

Su filtri aparatlarının nasazlığının səbəbləri və həlli yolları bu sektorda fəaliyyət göstərən şirkətlərin təcrübə sahələrindən biridir. Çünki təmizləyici qurğuların satışı ilə məşğul olan şirkətlər həm də onların texniki xidməti və təmiri üçün peşəkar dəstək göstərirlər.

Su filtri apartında xətalar nədən olur ?

  • Filtrlərin zamanı gəldikdə və ya düzgün dəyişdirilməməsi su filtrlərində nasazlıqlara səbəb ola bilər.
  • 6 aydan bir və 1 ildən bir edilməli olan cihazların baxımsızlıqları müxtəlif texniki və gigiyenik problemlərə səbəb olur.
  • Həddindən artıq çirkli su filtrlərin tez köhnəlməsinə səbəb ola bilər ki, bu da filtr karticlərinə tez dəyişilməsi deməkdir. Filtr vaxtında dəyişilməsə aparatın nasazlığına və sıradan çıxmasına səbəb ola bilər.
  • Yanlış filtrdən istifadə etmək aparatınızda probləmlərə səbəb ola bilməkdədir.

İlk istifadə zamanı nələrə diqqət etməli?

  • Su filtri quraşdırıldan sonra ilk öncə filtr və membranlar təmizlənsin deyə su axıdılmalıdır. Bulanıq su təmizlənənə qədər su axıdılır.
  • Daha sonra çən krantı açılmalı və çən doldurulduqdan sonra 2 defe yenidən boşaldılmalıdır. Krandan təmiz su gələnə kimi bu prosesi edilməlidir. Yeni olan filtr aparatının filtr karticləri və membranları yeni olduğu üçün su bulanıq olmaqdadır. Bunun üçün müəyyən müddət su axıdılmalıdır ki, filtr və membranlarda olan toz-torpaq təmizlənsin.
  • Daha sonra filtr suyunun dadından həzz ala bilərsiniz…

Su filtri aparatın xətaları necə aradan qaldırılmaqdadır ?

İlk öncə qeyd etmə istəyirik ki, su filtri apartında olan problemləri servis xidməti tərəfindən zəmanət verilən servislərdə gördürməyiniz məsləhət görülməkdədir. Aşağıda su filtri problemlərindən danişacayıq ki, bundan da məqsədimiz günümüzdə olan bəzi ustalar fırıldağı ilə rast gəlməməyinizdir. Su filtri haqqında bilgili olmaq sizin üçün bəzi ustalar tərəfindən aldanmağınızın qarşısın alacaqdır.

Su təmizləyicisi ilə bağlı nasazlıqların aradan qaldırılması üsulları problemin nədən və niyə yarandığından asılı olaraq dəyişir. Məsələn, onlardan bəzilərini aşağıdakı kimi sadalaya bilərik:

Su filtri su sızır nədən ola bilər? – Su filtr aparatlarında daha çox rast gəlinən və ümumi bir nasazlıqdır. Bu problemi ilk öncə filtr aparatında təzyiq olarkən bağlantıları bir bir və təkrardan yoxlamaq lazımdır. Bəzən elə hallar olur ki sliv borusunda tıxanma və bu kimi şeylər də su sızmasına səbəb ola bilər.
Su filtri suyu az verirsə və ya tamamilə vermirsə ? – Bu problem daha çox su filtri aparatının çənindən ola bilir. Çəndə hava olmadıqda su filtrinin təzyiqi zəif və ya heç olmamaqdadır. Bunu yoxlamaq üçün çəni aparatdan çıxardıb boş halda təzyiqi ölçülməlidir. Daha bir səbəb filtr və membranlardan da olmaqdadır. Filtr və membranlar zamanla dəyişilməlidir. Bu baş vermədikdə həm suyun keyfiyəti azalmaqdadır həm də suyun təzyiqini zəiflədəcəkdir.
Su filtrində su bulanıq gəlir. Nə üçün ? – Daha çox gəlinən suallardan biridə suyun bulanıq gəlməsidir. Bu normalda problemdən və ya su filtri aparatının nasazlığından irəli gəlməməkdədir. Daha doğrusu filtrdə heç bir problem olmamaqdadır. Apartı yeni alındıqda və ya filtrlər yeni dəyişildikdə görünən haldır. Buna səbəb isə filtr karticlərin içərisində olan hava qabarcıqlarıdır. Bu zamanla yəni – 1-2 həftə ərzində keçəcəkdir. Zamanla bu keçməzsə filtr dəyişdiyiniz servisə müraciət etməyiniz tövsiyə olunmaqdadır.
Çən gec dolmağının səbəbi nədir ? – Bunun bir çox səbəbi olmaqdadır bir neçəsini sizlərlə bölüşmək istəyirik. 1.Giriş suyunun tam açıq olmaması. 2. Evə gələn su təzyiqinin zəif olması. 3. Membran filtrinin tutulması. 4. Dörd yol klapanın sıradan çıxması. 5.Pompalı su filtrlərində pompa çanağının ərplənməsi və suyu lazımı miqdarda verə bilməməsi.

Və son olaraq suyun çirkli gəlməməsidir ki, bu da su filtr aparatının filtrləri və membranı dəyişilmə zamanının gəldiyinin göstərməkdədir.

Su filtrlərinin yaranan problemlərlə bağlı servisimizə müraciət edə bilərsiniz. Yuxarıda qeyd etdiyimiz kimi su filtrləri haqqında olan bu problemləri sizlərə sadalamaqda məqsədimiz bəzi fırıldaqçı ustalar tərəfindən aldanmamağınız üçündür. Təbii ki, su filtrlərində yaranan problemlə bağlı servis xidmətinə müraciət etməyiniz daha məsləhətlidir. Bizim su filtr servisinə rahatlıqla müraciət edə bilərsiniz. Peşəkar ustalar tərəfindən göstərdiyimiz xidmətə zəmanət verilməkdədir. Və yarana problemləri yerindəcə aradan qaldırılmaqda daim xidmətinizdəyik.

Müraciət etmək üçün 0508656867 və ya 075060808 nömrələri ilə əlaqə saxlaya bilərsiniz. Sizlərə daim xidmət göstərmək üçün öz üzərimizdə işləməkdəyik. Su filtri servisi

Mətbəx üçün su filtrlərinə ətraflı baxmaq üçün https://sufiltr.az/urun-kategori/su-filtrl%c9%99ri/en-yaxsi-su-filtreleri/

Suallarızla bağlı  0508656867 və ya 070 5060808 nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

Facebook səhifəmiz – Facebook

Whatsapp – 050 865 68 67 – click edin

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Shopping Cart
Zəng edin