Su yumşaltma sistemləri nədir? Nə üçün istifadə olunur və işləmə prinsipləri necədir az da olsa sizlərə izah etməyə çalışacayıq.
Bildiyimiz kimi evlərimizə gələn sular əsasən isti su xətlərində ərplənmə problemləri olmaqdadır. Ərplənmə olduqca yaranan problemlər isə evdəki su ilə işləyən bütün məişət texnikalarının sıradan çıxmasına səbəb olmaqdadır. Evdəki krantlar, duş başlıqları, ütü, paltaryuyan, kombi və digər məişət texnikaları ərplənmə olduqca sıradan çıxmasına səbəb olur. Bəs suyun ərplənməsinə nə səbəb olur ? Suyun ərplənməsinə səbəb suyun tərkibində olan Ca+ (kalsium) və Mg+ (maqnezium) iyonların çoxluğundandır. Bəs bunun qarşısın necə almaq olar ?
Günümüzdə su ilə bağlı probləmlər artmaqda davam edir. Ve bununla da bu problemlərə qarşı həll yolları günü gündən inkişaf etməkdədir. Suyun ərplənməsinin qarşısının alınması vacib olan məişət problemlərindən birinə çevrilmişdir. Və bunun həll yolu kimi hal hazırda ən ideal metod su yumşaltma sistemləridir.
Su yumşaltma sistemi nədir ?
Yumşaltma sistemləri suda olan sərtliyi aradan qaldırmaq üçün ideal sistemlərdir. Su da olan həddindən artıq maqneziyum və kalsiyumun normaya salaraq suyun sərtliyini azaltmaqdadır. Bu sistemlərin əsas işləmə prinsipi ion dəyişdirmə hadisəsinə əsaslanır. Belə ki, sistem daxilində yerləşdirilmiş reçin adlı maddə (ion dəyişdirmə qətranı) mənfi yüklü olur. Reçina sistemə daxil olan suyun tərkibindəki müsbət yüklü ionları öz üzərinə cəlb edir. Beləcə, su ərp yaradan bu ionlardan azad olur və yumşaq vəziyyətə gəlir.
Bəs suyun sərtliyi necə ölçülməkdədir?
Bu müvzuda daha ətraflı digər məqaləmizdə sizlərə bəhz edəcəyik. Lakin qısa olaraq bildirmək istəyirik ki, suyun sərtliyini suyun tərkibində olan maqneziyum və kalsium ilə müəyyən edilir. Ümumilikdə Fransız Sərtliyi (FS) termini ilə ifadə olunmaqdadır.
Çox Yumşaq Su 0 – 7 F
Yumşaq sular 7 – 14 F
Orta Sərt Su 14 – 21 F
Kifayət qədər sərt su 21 – 32 F
Çox Sərt Su 32 – 54 F
Su yumşaltma sisteminin faydaları nələrdir?
Codluğu yüksək olan sular ev və məişət avadanlıqlarını sıradan çıxartdığı kimi sağlamlığa da ciddi təsir göstərir. Saç tökülməsi, dəridə qızartı və quruluqlar, gözdə mirvari suyu kimi bir çox xəstəliklərin əsas səbəbi yüksək dərəcdə codluğa malik olan sudur. Yumşaq su ilə isə təbii olaraq bu problemlərdən sığortalanmaq mümkündür.
Yumşaq su enerji sərfiyyatını da azaltmağa qadirdir. Belə ki, ərpləşmiş məişət texnikaları stabil effektivliyini saxlamaq üçün iş zamanı daha çox enerjiyə ehtiyac duyur. Sübut olunmuşdur ki, 1 mm qalınlığında ərp təbəqəsi enerji sərfiyyatını 20-30% həcmində artırır.
Su yumşaltma sistemləri əldə etmək üçün Whatsapp yaza bilərsiniz. Və ya 0508656867 və 0705060808 nömrələri ilə əlaqə saxlaya bilərsiniz…
Su yumşaldıcı modellərinə baxmaq üçün –
Mətbəx üçün su filtrlərinə baxmaq üçün – buradan
Facebook səhifəmiz – Facebook